Ərdoğan Şərqi Afrikada 23 milyon insanı aclığın pəncəsindən xilas etməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Afrika ölkələrində aclığın pəncəsində olan 23 milyon insanın vəziyyətinə biganə qala bilmədi.

688077
Ərdoğan Şərqi Afrikada 23 milyon insanı aclığın pəncəsindən xilas etməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Afrika ölkələrində aclığın pəncəsində olan 23 milyon insanın vəziyyətinə biganə qala bilmədi.
 
 Ərdoğan Twitter hesabından hər kəsi Türk Qızılayının bölgə üçün başladığı yardım kampaniyasına dəstək verməyə çağırdı.
 
 Türk, ingilis və ərəb dillərində olan çağırış mətnində quraqlığın yaratdığı aclıq təhdlükəsinin ciddi miqyas aldığı bu ölkələrin yardım çağırışlarına heç vaxt biganə qalınmayacağı qeyd edilir.
 
 Türk Qızılayının "Afrikaya Ümid Ol" kampaniyası çərçivəsində bütün GSM operatorlarından 2868-ə "DOGUAFRIKA" yazıb mesaj göndərərək 10 lirə ianə vermək olar.
 
 Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Şərqi Afrika ölkələrində 23 milyon insan aclığın pəncəsindədir.
 
 Somali, Şərqi Sudan, Efiopiya, Keniya, Cibuti, Sudan, Uganda və Burundi kimi ölkələrdə təxminən 23 milyon insanın təcili olaraq qida yardımına ehtiyacı var.
 
 Şərqi Afrikada quraqlıq səbəbindən son bir ildə ərzaq qiymətlərində olan artım da böhranın böyüməsinə səbəb olan amildir.
 
 BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FOA) məlumatlarına görə, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Uqanda və Tanzaniyadakı ərzaq qiymətləri son bir il ərzində rekord səviyyəyə yaxınlaşıb.



Әlaqәli Xәbәrlәr