"Bolqarıstan azlıqların siyasi hüquqlarını məhdud etməkdən əl çəkməlidir", H.Müftüoğlu

Türkiyə Bolqarıstanı azlıqların siyasi hüquqlarını məhdud etməyi məqsəd götürən tətbiqlərdən əl çəkməyə çağırıb.

687837
"Bolqarıstan azlıqların siyasi hüquqlarını məhdud etməkdən əl çəkməlidir", H.Müftüoğlu

Türkiyə Bolqarıstanı azlıqların siyasi hüquqlarını məhdud etməyi məqsəd götürən tətbiqlərdən əl çəkməyə çağırıb.

Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Müftüoğlu Bolqarıstan Xarici İşlər Nazirliyinin martın 7-də mətbuata verdiyi açıqlamaya dair suala cavabən deyib ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin 7 mart 2017 tarixli mətubat açıqlamasında isnad edilən “qaydalar əsaslı” Avropa sisteminin qurucuları arasında Türkiyə Cümhuriyyəti də yer almaqdadır. Bu əsaslar sisteminə isnad edilməsi Türkiyədə yaşayan Türk mənşəli(bolqar) vətəndaşlarını ən əsas siyasi hüquqlarından biri olan seçmə haqqından istifadə etməkdən məhrum buraxmaq məqsədi ilə Türkiyədə (Bolqarıstanda keçiriləcək seçkilər üçün) qoyula biləcək seçki qutu sayını 35 ilə məhdud etmək üçün xüsusi qanun qəbul edən bir ölkədən gəlməsi mənalıdır.  Bolqarıstan Cümhuriyyətini ölkəsindəki azlıqların hüquqlarını məhdud etməyi məqsəd götürən və Avropa əsaslar sisteminə tam zidd olan bu tətbiqlərdən əl çəkməyə çağırırıq.

Bolqarıstan Xarici İşlər Nazirliyinin açıqlamasında yer tutan maddi təşviq sözü kimi iddiaların həqiqətləri əks etdirmədiyini bildirən Müftüoğlu Türkiyənin heç bir dövlətin daxili işlərinə müdaxilə etməsinin bəhs mövzusu olmadığını bildirib.

Müftüoğlu bildirib ki, Türkiyə Cümhuriyyəti indiyədək olduğu kimi ölkəsində yaşayan Bolqarıstan Cümhuriyyəti vətəndaşlarının Bolqarıstan seçkiləri üçün səs verə bilmələri üçün vacib olan bütün imkanları təmin etməyə səy göstərəcəktir.



Әlaqәli Xәbәrlәr