Suriya rejiminə aid döyüş təyyarəsi Hatay yaxınlığında düşdü

Suriya rejiminə aid döyüş təyyarəsi Türkiyənin Hatay şəhərinin Samandağı qəsəbəsi yaxınlığındakı əraziyə düşdü.

Suriya rejiminə aid döyüş təyyarəsi Hatay yaxınlığında düşdü

Suriya rejiminə aid döyüş təyyarəsi Türkiyənin Hatay şəhərinin Samandağı qəsəbəsi yaxınlığındakı əraziyə düşdü. 

Türkiyənin baş naziri Binəli Yıldırım pilotun paraşütlə tullanaraq xilas olduğunun təxmin edildiyini söylədi.

Hatay valisi Erdal Ata təyyarənin qalıqlarının tapıldığı, jandarm və təcili yardım dəstələrinin orada olduğu barədə məlumat verdi.

Ata:' Pilot kabineti boşdur. Pilotların paraşütlə xilas olduqları qənaətindəyik' dedi.

Suriyalı müxaliflər isə İdlib şəhəri ətrafında rejimə aid döyüş təyyarəsini vurduqlarını və təyyarənin düşdüyünü bildiriblər.

Qeyd edək ki, Siriyanın İdlib şəhəri Türkiyə ilə sərhəddə yerləşir.



Әlaqәli Xәbәrlәr