"Bizim hədəfimiz Türkiyəyə istiqamətli təhdidlərə son qoymaqdır"

Türkiyənin Suriyada yerləşmək kimi bir planı yoxdur. Yeganə hədəf təhdidlərə son qoymaq və qaçqın axınını dayandırmaqdır. Bunu prezident Ərdoğan Pakistana reallaşdırdığı səfərdən qayıdarkən təyyarədə bildirib.

683288
"Bizim hədəfimiz Türkiyəyə istiqamətli təhdidlərə  son qoymaqdır"

Türk Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi Fərat Qalxanı əməliyyatına da toxunan prezident, Münbiçin də terror təşkilatı DEAŞ-dan təmizlənəcəyini qeyd edib.

Fərat Qalxanı əməliyyatı çərçivəsində Cerablus, Rai və Dabıkdan sonra Əl Babın terroristlərdən azad edildiyini xatırladan Ərdoğan, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump rəhbərliyinin, Münbiç və Rəqqa qəsəbəsinə istiqamətli başladılması nəzərdə tutan əməliyyata dair konkret qərarının olmadığını, Rusiya Federasiyasından DEAŞ-a qarşı mübarizə mövzusunda təklif gəlməsi halında buna biganə qalmayacaqlarını, cari ayda Rusiyaya reallaşdıracaq səfəri zamanı mövzu ilə əlaqəli detalları danışacaqlarını bildirib.

Ərdoğan, ABŞ-da yaşayan Fətullahçi Terror Təşkilatı (fəto)-nun quldurbaşçısı Fətullah Gülənin Kanadaya qaçacağı iddialarına dair bir suala: Kanadanın belə bir müraciətə müsbət cavab verib vermiyəcəyini bilmirəm. Biz onun Türkiyəyə ekstradisiya edilməsi mövzusunda lazımlı sənəd və məlumatları təqdim etdik. Danışıqlarımız indən sonra da davam edəcək.



Әlaqәli Xәbәrlәr