Mövlud Çavuşoğludan Nicos Kociasa sərt reaksiya

Yunanıstan xarici işlər naziri Nicos Kocias Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Egey dənizindəki Kardak qayalıqlarına səfəri ilə bağlı olaraq verdiyi: açıqlamasına Türkiyədən sərt reaksiya gəldi.

680091
Mövlud Çavuşoğludan Nicos Kociasa sərt reaksiya

Yunanıstan xarici işlər naziri Nicos Kocias Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Egey dənizindəki Kardak qayalıqlarına səfəri ilə bağlı olaraq verdiyi: "Türkiyənin Baş Qərargah rəisi istəsəydi də Kardaka çıxa bilməzdi" açıqlamasına Türkiyə sərt reaksiya göstərdi.
 
 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: "Vəzifəsi çıxmaq olsaydı çıxardı. Çıxmağımız lazım olan yerlərə çıxdığımızı unutmasınlar. Kardak məsələsində də mövqeyimiz məlumdur" dedi.
 
 Yunanıstanın çevrilişçiləri Türkiyəyə təhvil verməməsini  tənqid edən Çavuşoğlu: "Yunanıstanın bu çevrilişçi xainlərin törətdiyi cinayətə görə mühakimə olunmalarına maneə olması hansı ədalət və hüquq anlayışına, hansı yaxşı qonşuluq və dostluq əlaqəsinə uyğundur? Təəssüf ki, bu mövqe bizi təəccübləndirmir. Zamanında terror təşkilatı PKK-nın hazırda həbsdə olan başçısını da Yunanıstan gizləmişdi" dedi.
 
Xaici işlər nazirinin gündəmində  "Enosis" qərarı da vardı.
 
 Çavuşoğlu "Enosis"in 1960-cı ildən etibarən Kıbrısda (Kipr) yaşanan problemlər əsasında  adanı Yunanıstana birləşdirmək xəyallarını əks etdirdiyini vurğuladı.
 
 



Әlaqәli Xәbәrlәr