Navaz Şərif Türkiyəyə rəsmi səfərlə gəlir

Pakistanın baş naziri Navaz Şərif Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci toplantısında iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edir.

677320
Navaz Şərif Türkiyəyə rəsmi səfərlə gəlir

Pakistanın baş naziri Navaz Şərif Türkiyənin baş naziri Binəli Yıldırımın dəvətilə  22-24 fevral tarixlərində Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Beşinci Toplantısına qatılacaq.
 
 Dost və qardaş ölkə Pakistanla yaxın əməkdaşlığın institusional mexanizmini təşkil edən bu toplantıda  ikitərəfli və regional məsələlərlə yanaşı, aktual beynəlxalq proseslər müzakirə olunacaq,  geniş spektrdə fikir mübadiləsi aparılacaq.
 
 Digər tərəfdən, səfərdə iki ölkə əlaqələrini daha da gücləndirəcək yeni əməkdaşlıq sazişləri imzalanacaq.



Әlaqәli Xәbәrlәr