Çavuşoğlu: "YPG-PKK ilə birgə əməliyyat aparmaq ilanla yatağa girmək deməkdir"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğlu DEAŞ-a qarşı YPG-PKK ilə birgə mübarizə etməyin mümkün olmadığını bildirdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğlu DEAŞA qarşı YPG-PKK ilə birgə mübarizə etməyin mümkün olmadığını bildirdi.
Çavuşoğlu: "DEAŞ-a qarşı YPG-PKK kimi bir terror təşkilatıyla birgə əməliyyat aparmaq ilanla yatağa girmək deməkdir" dedi.
Çavuşoğlu S-400 hava müdafiə sistemi ilə bağlı görüşlərin müsbət istiqamətdə davam etdiyini söylədi.
Əhalisinin 99%-ni sünni ərəblərin təşkil etdiyi bir şəhərə şiə milislərin girməsinin çox təhlükəli olduğunu ifadə edən xarici işlər naziri : "O səbəbdən Haşdi Şabinin Mosula bu günə qədər girməsinə imkan verilmədi. PKK-YPG terror təşkilatını Rakka əməliyyatına daxil etmək də o qədər təhlükəlidir" deyə danışdı.
Әlaqәli Xәbәrlәr

Türkiyə şəhidlərinə ağlayır
Türkiyə Bitlisdə helikopterin qəzaya düşməsi nəticəsində şəhid olan əsgərlərinə ağlayır...