"Türkiyə ilə bağlı səbrimizin həddi var" sözlərinə cavab

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasıminin "Türkiyə ilə bağlı səbirli davranırıq, amma səbrimizin də bir həddi var" sözlərinə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu cavab verib.

676467
"Türkiyə ilə bağlı səbrimizin həddi var" sözlərinə cavab

  Müftüoğlu bildirib ki, İran bölgədəki gərginlik və qeyri-sabitliyə görə başqalarını ittiham edə bilməz və bu barədə deyib:

  "İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasıminin ölkəsinin bölgə siyasətini təqdir etməsi və ədalətli olduqları ilə bağlı ifadələri Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda İran haqqında tez-tez dilə gətirilən narahatlıq və şikayətlər qarşısında böyük bir ziddiyyət təşkil edir… İran onu tənqid edən ölkələri ittiham etməkdənsə, əsaslı addımlar atmalı və regional siyasətini yenidən nəzərdən keçirməlidir."



Әlaqәli Xәbәrlәr