Mustafa Yenәroğlu ‘’Ana Dili Günü’’dә Türk dilinin әhәmiyyәtindәn danışdı
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqlarını Araşdırma Komissiyasının sədri Mustafa Yenәroğlu Türkiyədə istifadə edilən dil və lәhcәlәrә sahib çıxıldığını bildirib.

Mustafa Yenәroğlu fevralın 21-dә Beynəlxalq Ana Dili Günü münasibətilə verdiyi yazılı açıqlamada, Türkiyədə ictimai müxtəlifliyin əksi olan Kürd, Laz, Ərəb, Süryani dillәri kimi bir çox dil və ləhcənin mövcudluğunu davam etdirmәk üçün institutlar yaradıldığına diqqәt çatdırıb.
Türk dili və mədəniyyət təcrübəsinin də gələcək nəsillərə ötürülməsinin vacibliyinә toxunan Mustafa Yenәroğlu xaricdə yaşayan Türklәr üçün dilә xidmәt edәnlәrin dinә xidmәt edәnlәr qәdәr əhəmiyyətli olduğunu qeyd edib.
Mustafa Yenәroğlu Milli Təhsil Nazirliyi və Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumunun Türk dili dərslərinin yayılması, sayı və keyfiyyətinin artırılması üçün səylərini sürətləndirdiyini bildirib.
Mustafa Yenәroğlu çox dilliliyin Türk vətəndaşlarının yaşadığı ölkələrdəki multikulturalizmi dəstəkləyәcәyini söylәyib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 fevral)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 24-də 72 nəfər dünyasını dəyişib.