“YPG ilə DEAŞ bir-birindən silah satın alır”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG ilə DEAŞ-ın bir-birindən silah satın aldığını söyləyib.

675650
“YPG ilə DEAŞ bir-birindən silah satın alır”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG ilə DEAŞ-ın bir-birindən silah satın aldığını söyləyib.

Çavuşoğlu G20-nin Xarici İşlər Nazirləri yığıncağı və 53-cü Beynəlxalq Münhen Konfransı üçün getdiyi Almaniyadakı görüşlərindən sonra mətbuta açıqlama verərək deyib ki, Suriyada dəyişik qruplar arasında ticarət və köməkləşmə əlaqələri var. Digər tərəfdən isə bir-birlərini öldürürlər. Verilən silahların belə yarısının DEAŞ-a yarısının isə YPG-yə getdiyin gördük. Əsasən YPG-nin əlinə silah keçməsi PKK-nın əlinə silah keçməsi mənasındadır. YPG ilə DEAŞ bir-birindən torpaq almağa çalışır. Keçirdiyimiz görüşlərdə də YPG-yə silah verməyin təhlükəsini izah etməyə cəhd göstərdik.

“Son dövrdə ABŞ ilə artan görüşlərdə yeni rəhbərliyin Türkiyənin həssaslıqlarını başa düşdüyünü fikirləşirsinizmi?” sualı qarşısında isə Çavuşoğlu deyib ki, Tramp rəhbərliyi sabiq prezident Obama dövründə atılan səhv addımları görür. Türkiyə ilə yeni səhifə açmaq istədikləri bizə bildirildi. Biz də Fətullahçı terror təşkilatının quldurbaşı Fətullah Gülənin təhvil verilməməsindən, terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG-yə verilən dəstəyə qədər Obama dövründəki problemləri yeni rəhbərliyə bildirdik. Bununla bağlı hər səviyyədə görüşlər keçirildi. Türkiyənin bir sıra mövzulardakı həssas mövqeləri çatdırıldı. ABŞ-ın Türkiyənin narahatlığını başa düşməsini, həqiqətləri görməsini gözləyirik. Qarşı tərəf bu anlayış istiqamətində addım atacağı təqdirdə keçmişdəki əlaqələrimiz də davam edər.



Әlaqәli Xәbәrlәr