Ərdoğan: "Əl-Babdan sonra hədəf Münbiçdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Əl-Arabiya kanalına müsahibə verdi.

675018
Ərdoğan: "Əl-Babdan sonra hədəf Münbiçdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab DEAŞ-dan azad olunduqdan sonra hədəfin Münbiç olduğunu bildirdi.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Əl-Arabiya kanalına verdiyi müsahibədə Suriyadakı hadisələrə toxunaraq: "Hazırda əsas məsələ Suriyadakı  qanı dayandırmaq,  atəşkəsi təmin etməkdir" dedi.
 
Ərdoğant terror təşkilatı DEAŞ-ınTürkiyədəki hücumlarından və bu təşkilatla mübarizədən danışdı:  "DEAŞ-la mübarizəmiz davam edir. Bu proses DEAŞ-ın Qaziantepdəki  toy mərasimində törətdiyi canlı bomba hücumu ilə sürətləndi. Hücumda  qadın, uşaq, və yaşlılardan ibarət 56 vətəndaşımızı itirdik.  Bu hadisədən sonra biz Azad Suriya Ordusu ilə bərabər Cerablusa girdik. Dabık da azad edildi. Elə zənn edirəm ki, bir neçə gün ərzində Əl-Bab da təmizlənəcək. Əl-Babdan sonra hədəf Münbiçdir. Çünki Münbiç ərəblərə aiddir. YPG, PYD Münbiçi boşaltmalıdırlar".
 
 Türkiyə prezidenti bu nöqtədə Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin dəstəyinə ehtiyac olduğunu qeyd etdi:" Əvvəla, qaçqın böhranı var. Bu insanların böyük bir hissəsi Türkiyədədir. Hazırda 2 milyon 800 min suriyalı qardaşımız çadırlarda, konteyner düşərgələrində, Türkiyənin müxtəlif vilayətlərində yaşayırlar. Suriyanın şimalında Cerablus ilə El-Rai arasında cənuba doğru 30-40 kilometrlik bölgəni  terrordan təmizlənmiş təhlükəsiz bölgə elan etməyi təklif edirik".
 
 Ərdoğan terror təşkilatı "DEAŞ-ın bəzi dövlətlərin dostu" kimi görünməsi ilə bağlı suala:"DEAŞ İslamla əlaqəsi olmayan bir terror təşkilatıdır. Əl-Qaidədən qoparaq ayrı bir təşkilat kimi ortaya çıxdığı andan etibarən bunları terror təşkilatı olaraq qiymətləndirdim" cavabını verdi.
 
 Prezident Ərdoğan Əl- Arabiya kanalına verdiyi müsahibədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı uğursuz dövlət çevrilişi cəhdini də dəyərləndirdi:"Millətimiz 15 iyuldakı o xain, o zalım dövlət çevrilişi cəhdini həqiqətən, səmimi və inanclı duruşu ilə, şəhidlik  eşqi və sevdası ilə dəf etdi" 



Әlaqәli Xәbәrlәr