Rəcəb Tayyib Ərdoğan "Əl-Arab" qəzetinə müsahibə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər-Türkiyə münasibətləri , terror təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY)-nin 15 iyuldakı çevriliş cəhdi ilə bağlı Qərb ölkələrinin mövqeyi və Suriya böhranı haqqında sualları cavablandırdı.

673324
Rəcəb Tayyib Ərdoğan "Əl-Arab" qəzetinə müsahibə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə olan səfərinin son dayanacağı Qətərdə "Əl-Arab" qəzetinə müsahibə verdi.
 
 Ərdoğan müsahibədə Qətər-Türkiyə münasibətləri , terror təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY)-nin 15 iyuldakı çevriliş cəhdi ilə bağlı Qərb ölkələrinin mövqeyi və Suriya böhranı kimi bir çox mövzuda yönəldilən sualları cavablandırdı.
 
 Ərdoğan müsahibədə Türkiyə ilə Qətərin yaxın əməkdaşlıq etməsinin bölgənin gələcəyi baxımından əhəmiyyət kəsb etdiyini vurğuladı, bu əməkdaşlığın bütün region ölkələrinə yayılmasının vacibliyini qeyd etdi.
 
 İki ölkə arasında hərbi əməkdaşlığa da toxunan prezident  2014-ci ildə imzalanan müqavilə çərçivəsində bu sahədə atılan addımların davam edəcəyini bildirdi.
 
 Ərdoğan Qərb ölkələrinin İyulun 15-də nümayiş etdirdiyi mövqe ilə əlaqədar: "15 iyulda Qərb təəssüf ki, demokratiyaya və azadlıqlara sahib çıxmaq baxımından sinifdə qaldı" ifadələrini işlətdi.

 Regional proseslərin də müzakirə olunduğu müsahibədə Türkiyə prezidenti Suriyadakı vəziyyət və sülh danışıqlarının gedişatı barədə 2011-ci ildən etibarən  Qətər və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etdiklərini vurğuladı və: "Suriyada tez bir zamanda sülhün bərqərar olmasını istəyirik"dedi.
 
 Rəcəb Tayyib Ərdoğan "Əl-Arab" qəzetinə verdiyi müsahibədə"Tunelin  ucunda işıq göründü. Bu işığı daha da böyüdərək tuneldən, xaosdan çıxmağımız lazımdır. Cenevrə görüşləri bu baxımdan əhəmiyyətlidir. Suriya məsələsinin həlli üçün cənab Trumpın prezidentliyi dövründə ABŞ-ın sərgiləyəcəyi mövqe ilə yanaşı Səudiyyə Ərəbistanı və Qətər kimi region ölkələrinin də mühüm töhfələr verəcəklərinə inanıram" şəklində danışdı.



Әlaqәli Xәbәrlәr