"Əl-Bab yaxınlığında baş vermiş insident tamamilə qəzadır", N.Kurtulmuş

Baş nazirin müavini Kurtulmuş Türkiyənin hadisəni hər baxımdan işıqlandırmaya cəhd göstərdiyini bildirib.

669871
"Əl-Bab yaxınlığında baş vermiş insident tamamilə qəzadır", N.Kurtulmuş

Baş nazir müavini Numan Kurtulmuş Suriyanın Əl-Bab bölgəsində dünən Rusiyaya məxsus qırıcının səhvən Türkiyə Silahlı Qüvvələri əsgərlərinin olduğu binanı vurmasının tamamilə qəza olduğunu söyləyib.

Numan Kurtulmuş Afyonkarahisar Valiliyini ziyarəti zamanı mövzuya dair açıqlama verərək deyib ki, Türkiyə hadisəni hər baxımdan işıqlandırmaya cəhd göstərir. Bununla bağlı araşdırmalar davam etdirilir.

İlk məlumatların hadisənin koordinasiya ilə bağlı səhv məlumatdan mənbələndiyi barədə olduğunu ifadə edən Numan Kurtulmuş deyib ki, hər hansı bir şəydən mənbələnən, təəssüf ki, istənməyən bir hadisə baş vermişdir. İlk məlumatlara görə tamamilə qəzadır, lakin bunun necə baş verdiyi, bu aradakı koordinasiya məsələsinin necə olub ki, bu səviyyədə gözdən yayındırıldığı ortaya qoyulacaqdır. Görünür bölgədəki mübarizədə daha yaxın bir koordinasiyaya ehtiyac var.

Türkiyə Silahlı Qüvvələri dünən (TSQ) Rusiyaya məxsus qırıcıların Əl Babda TSQ ünsürlərini vurması nəticəsində 3 əsgərin şəhid olduğunu, biri ağır olmaqla 11 əsgərin isə yaralandığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr