İsrail qazı Türkiyə üzərindən Avropaya nəql oluna bilər

İsrail qazının Avropaya nəqlinin Türkiyə variantı 2020-ci ilədək  dəqiqləşəcək.

669903
İsrail qazı Türkiyə üzərindən Avropaya nəql oluna bilər

 İsrailin Leviathan bölgəsindəki qazın Türkiyə üzərindən Avropaya nəqlinə dair aparılan danışıqlar davam edir.
 
 Turcas Neft İdarə Heyətinin üzvü və Amerika Birləşmiş Ştatlarının  Azərbaycandakı keçmiş səfiri Matthew Bryza Türk və İsrail hökumətlərinin bu mühüm layihəni həyata keçirmək məsələsində ciddi və səmimi olduğunu dedi.
 
 Danışıqların yetişməsi üçün layihənin həm siyasi, həm ticari olaraq  tətbiq edilə bilən halda olmasının vacibliyinə diqqət çəkən Bryza  qazın Avropaya daşınmasında Türkiyənin  mərkəzi mövqe qazanmasının mümkün olduğunu bildirdi.
 
 Bryza bu çərçivədə İsrail qazının nəqlində Türkiyə variantının 2020-ci ilə qədər dəqiqləşəcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr