Faruk Kaymakçı yeni vəzifəsinə başladı

Türkiyənin Avropa İttifaqı yanında yeni daimi nümayəndəsi Faruk Kaymakçı, Aİ Şurasının sədri Donald Tuska güvən məktubunu təqdim edərək vəzifəsinə başlayıb.

668555
Faruk Kaymakçı yeni vəzifəsinə başladı

Əldə edilən məlumata görə, Türkiyənin İraqdakı keçmiş səfiri Kaymakçı, Tuska təqdim etdiyi məktubunda Türkiyənin tam hüquqlu üzvlük perspektivi çərçivəsində Aİ ilə hər sahədə əməkdaşlıq və dialoqu inkişaf etdirmək istədiyini bildirib.

Türkiyənin terror təşkilatı PKK və Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY) ilə mübarizədə Aİ-dən konkret addımlar atmasını gözlədiyini səsləndirən Kaymakçı, qeyri-qanuni köçə qarşı mübarizədə əməkdaşlığın və Türkiyəyə təmin edilməsi nəzərdə tutulan dəstək ilə əlaqəli lazımlı addımların təcili atılmasının əhəmiyyət daşıdığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr