CİA-nın yeni rəhbəri Ankaradadır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni rəhbəri Mike Pompeo Türkiyə Milli  Kəşfiyyat İdarəsinin  (MİT) rəhbəri Hakan Fidanın  rəsmi qonağı olaraq paytaxt Ankaraya gəldi.

669029

 Pompeo bu vəzifəyə gəldikdən 17 gün sonra regional səfərlər çərçivəsindəki ilk xarici səfərini Türkiyəyə etdi.
 
 CİA rəhbəri MİT rəhbəri Hakan Fidanla yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.
 
 Səfərdə terrorla mübarizə məsələsi, Suriyanın Əl Bab bölgəsində davam edən əməliyyat, Rakka bölgəsində mümkün əməliyyatlar imüzakirə olunacaq.
 
 Görüşlərdə ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-yə yardım etməməsi tələbi bir də gündəmə gətiriləcək.
 
 Səfərdə, həmçinin, Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məsələsinin də müzakirə olunması gözlənilir.

Әlaqәli Xәbәrlәr