İstanbul Yeni Hava Limanının inşasının 1-ci mərhələsi 2018-ci ilin ilk yarısında başa çatacaq

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan özəl televizi kanalının proqramında səsləndirib.

663670
İstanbul Yeni Hava Limanının inşasının 1-ci mərhələsi 2018-ci ilin ilk yarısında başa çatacaq

İstanbulda inşası davam edən və dünyanın ən böyük hava limanında işlərin 42 %-si görülüb.
 
Özəl televiziya kanalının proqramının qonağı olan nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan hava limanı tikintisinin 1-ci mərhələsinin 2018-ci ilin ilk yarısında bitəcəyini bildirdi.
 
 Layihə çərçivəsində ətrafda  yaşıllaşdırma işlərinin aparıldığını vurğulayan Arslan:"İstanbul Boğazında Asiya və Avropa qitələrini üçüncü dəfə birləşdirən Yavuz Sultan Səlim Boğaz Körpüsü və 3-ci Hava Limanında bu günə qədər 5 milyona yaxın ağac əkdik. Layihələr tamamlandığında 10 milyona yaxın ağac əkilmiş olacaq" dedi.
 
 Hava limanının inşasında 2 mini ağır yük maşını olmaqla, 3 min iş maşınının işlədildiyini bildirən Arslan:"Layihədə hazırda 23 min nəfər çalışır. Bahardan etibarən bu rəqəm 30 minə qədər yüksələcək. 2018-ci ilin ilk yarısında hava limanının 1-ci mərhələsi ildə 90 milyon nəfərə xidmət edəcək"  ifadələrindən istifadə etdi.
 
 Arslan layihənin bu mərhələsində dünya səviyyəsində mükafatlar almağa başladığını söylədi.
 
 Qeyd edək ki,yeni hava limanının terminal binası Almaniyanın paytaxtı Berlində keçən il keçirilən və dünya miqyasında dizayner və memarları bir araya gətirən festivalda mükafat alıb.
 



Әlaqәli Xәbәrlәr