İsraildən Türkiyəyə rəsmi səfər

Bu səfər iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.

662058
İsraildən Türkiyəyə rəsmi səfər

  İsrail Xarici İşlər Nazirliyinin müşaviri Yuval Rotem Türkiyəyə rəsmi səfər edəcək. Nazirlikdən verilən məlumata görə, Rotemin 2 fevrala qədər davam edəcək səfərində Ankara və İstanbulda görüşləri olacaq. Bu səfər iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.

  Xatırladaq ki, İsrailin 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hücum edərək 9 Türkiyə vətəndaşını öldürməsi və ağır yaralanan 1 nəfərin sonradan həyatını itirməsi iki ölkə arasında gərgin vəziyyət yaratmışdı. Əlaqələr İsrailin üzrxahlıq etməsi, qurbanların ailələrinə ödənəcək təzminatı göndərməsi və Qəzzaya humanitar yardımların başlamasıyla normala dönmüşdü.



Әlaqәli Xәbәrlәr