Binəli Yıldırım İngiltərənin baş naziri Theresa Mayi rəsmi mərasimlə qarşıladı

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən İngiltərənin baş naziri Theresa Mayi rəsmi mərasimlə qarşıladı.

661037
Binəli Yıldırım İngiltərənin baş naziri Theresa Mayi rəsmi mərasimlə qarşıladı

Türkiyəyə səfər edən İngiltərənin baş naziri Theresa May Prezident Kompleksində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra Çankaya Köşkündə baş nazir Binəli Yıldırım tərəfindən qarşılandı.
 
 Rəsmi mərasim iki ölkə himnlərinin səslənməsi başladı.
 
Sonra May Prezident Qvardiyasının Mühafizə Alayının əsgərlərini "Mərhaba əsgər" deyərək salamladı.
 
 İki ölkə nümayəndə heyətlərinin təqdimindən sonra baş nazirlər Binəli Yıldırım və Theresa May Çankaya Köşkü pilləkənlərində mətbuat üçün şəkil çəkdirdilər.

 Qarşılama mərasimində  baş nazirin müşaviri Fuad Oqtay, müdafiə sənayesi müşaviri İsmayıl Dəmir, İngiltərənin Ankaradakı səfiri Riçard Moore və digər rəsmi şəxslər də iştirak edirdilər.



Әlaqәli Xәbәrlәr