Türkiyə və Madaqaskar prezidentlərinin birgə mətbuat konfransı keçirildi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məsələsində  Afrika ilə əməkdaşlıqdan danışdı.

659439
Türkiyə və Madaqaskar prezidentlərinin birgə mətbuat konfransı keçirildi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniya və Mozambikdən sonra Şərqi Afrika səfərinin son dayanacağı olan Madaqaskarda ölkənin prezidenti Hery Rajaonarimampianina ilə təkbətək və heyətlərarası görüşlər həyata keçirdi. Sonda Prezident Sarayında birgə mətbuat konfransı keçirildi.
 
 Prezident Rajaonarimampianina ilə görüşlərində 15 iyul gecəsi dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə məsələsini də müzakirə etdiklərini bildirən Ərdoğan:"Xidmət və təhsil adı altında Afrikanın bir çox ölkəsində təşkilatlanan bu quruluş haqqında dəyərli dostuma məlumat verdim, sənədlər təqdim etdim. Onlardan təşkilatın ləğvi ilə bağlı addımla gözlədiyimizi dilə gətirdim"dedi. 
 
 Ərdoğan konstitusiya dəyişikliyi məsələsini çox uzatmağa ehtiyac olmadığını, çünki millətin də bunu istədiyini söylədi.
 
 Astanada keçirilən Suriya görüşlərini də dəyərləndirən Ərdoğan:"Suriya münaqişəsində hərbi həllin mümkün olmayacağı və münaqişənin Birləşmiş Millətlər Təşkilatının qərarının icrası ilə həll ediləcəyi bildirildi. Atəşkəsin təmin olunması ilə bağlı üçlü mexanizmin yaradılması istiqamətində razılıq əldə olundu. DEAŞ və Əl Nusra ilə qətiyyətli mübarizənin zəruriliyi bir daha vurğulandı" dedi.
 
 Ərdoğan:"Şimali Suriyada hazırda mövcud olan terror təşkilatları PYD və YPG ölkəmiz üçün təhlükə yaradırlar. Obamaya buranın təhlükəsiz bölgə elan edilməsinin  və qaçqınların buraya yerləşdirilməsinin lazım olduğunu dedim. Bura təhlükəsiz bölgə olacağı təqdirdə uçuşa qadağan bölgə elan edilməlidir. Bunlar həyata keçirilmədiyinə  görə,  ölkəmizə olan hücumlara qarşı Cerablustan əməliyyata başladıq" deyə danışdı.
 
 Madaqaskar prezidenti Rajaonarimampianina da ölkədəki FETÖ məktəblərinin bağlanması ilə bağlı verilən suala: "Harada olursa olsun, terrorla mübarizə etməliyik. Terrordan birbaşa ziyan görməsək də, yenə də mübarizə etməliyik" dedi.
 
 Rajaonarimampianina:"Əlaqələrimizi "qarşılıqlı faydalanma" prinsipi çərçivəsində həyata keçiririk. Ölkəmizdə "yarat-işlət-təhvil ver" modelini tətbiq edə bilərik. Türkiyədə bunun gözəl nümunələri var" deyə danışdı.
 
 İki ölkə arasında 4 sahədə imzalanan müqavilələrə diqqəti çəkən Madaqaskar prezidenti  aviasiya, turizm və nəqliyyat sahələrində ikitərəfli əlaqələri möhkəmləndirəcək addımlar atıldığını qeyd etdi.

Prezident Hery Rajaonarimampianina görüşlərdə, enerji və təhsil sahəsində də əhəmiyyətli əməkdaşlığın olacağını bildirdi.



Әlaqәli Xәbәrlәr