Konstitusiyaya dəyişiklik təklifinin 2-ci turu

8-ci maddə 339, 9-cu maddə 341, 10-cu maddə 340, 11-ci maddə isə 342 səslə qəbul edildi.

655354
Konstitusiyaya dəyişiklik təklifinin 2-ci turu

Konstitusiyaya dəyişiklik təklifinin 2-ci turu yekunlaşmaq üzrədir.

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında ötən gün Konstitusiyaya dəyşiklik təklifinin daha 4 maddəsi qəbul edildi.

8-ci maddə 339, 9-cu maddə 341, 10-cu maddə 340, 11-ci maddə isə 342 səslə qəbul edildi.

8-ci maddə Cümhurbaşqanı “dövlətin və icra hakimiyyətinin başçısı” kimi təsvir edilir.

Cümhurbaşqanı icra hakimiyyəti ilə bağlı məsələlərə dair  fərman verə biləcək.

Ölkə başçısı bir, və ya daha çox müavini təyin etmə və vəzifədən çıxarma səlahiyyətinə malik olacaq.

9-cu maddədə Cümhurbaşqanı haqqında cinayət işlədiyi iddiası ilə istintaq başladılması nəzərdə tutulub.

Bunun üçün Məclisin tam əksəriyyətinin təklif verməsi kifayət edəcək.

Ali məhkəməyə göndərilməsi üçün isə 400 millət vəkilinin səsinə ehtiyac olacaq.

10-cu maddə isə Cümhurbaşqanının müavinləri və vəkalət etmə səlahiyyəti ilə əlaqəlidir.

Cümhurbaşqanlığı postu hər hansı səbəbdən boşalsa onun səhaliyyətlərini müavini öhdələnəcək.

Seçkilərin yenilənməsi ilə əlaqəli 11-ci maddə qarşılıqlı ləğv əsaslarını əhatə edir.

Buna görə 360 səslə Məclis və Cümhurbaşqanlığı seçkilərinin yenilənməsinə qərar verilə biləcək.



Әlaqәli Xәbәrlәr