"Fərat Qalxanı" əməliyyatının 150-ci günündə 23 DEAŞ terrorçusu məhv edildi

DEAŞ-a aid 205 hədəf vuruldu.

655617
"Fərat Qalxanı" əməliyyatının 150-ci günündə 23 DEAŞ terrorçusu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı terror hədəflərinə qarşı davam etdirdiyi "Fərat Qalxanı" əməliyyatının 150-ci günündə 23 DEAŞ terrorçusu məhv edildi.
 
 Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, DEAŞ başda olmaqla, terror təşkilatlarının yaratdığı təhlükəni dəf etmək, sərhəd təhlükəsizliyini artırmaq və koalisiya qüvvələrinə dəstək vermək üçün avqustun 24-də başlayan əməliyyatın 150-ci günündə xüsusi qüvvələr havadan intensiv atəş dəstəyilə Suflaniyah yaşayış məntəqəsinə nəzarəti təmin ediblər.
 
DEAŞ-a aid 205 hədəf vurulub.
 
 DEAŞ terrorçuları tərəfindən istifadə edilən məskunlaşma yerləri, müdafiə mövqeləri, nəzarət obyektləri, silah və nəqliyyat vasitələr məhv edilib.
 
 Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Əl Bab, Bzagah, Kabbasinin cənubu və Suflaniyah bölgələrində təsbit edilən DEAŞ-a aid 19 hədəfə qarşı aparılan hava əməliyyatlnda  13 bina və bir nəqliyyat vasitəsi məhv edilib.
 
 Koalisiya qüvvələri tərəfindən təşkil olunan 4 hava əməliyyatına da dəstək verən TSQ qüvvələrinin Tadif və Bzagahda müəyyən etdiyi DEAŞ hədəfləri vurulub.
 
49 əl istehsalı olan partlayıcı qurğu məhv edilib.
 
Bu günədək "Fərat Qalxanı" əməliyyatı çərçivəsində 3 min 14 əl istehsalı olan partlayıcı qurğu, 43 mina məhv edilib.
 
 



Әlaqәli Xәbәrlәr