Səfir Andrey Karlova sui-qəsd ilə bağlı 2 nəfər saxlanılıb

Rusiyanın Ankara səfiri Andrey Karlovun 19 dekabrda sui-qəsd nəticəsində öldürüldüyü ilə əlaqədar istintaq çərçivəsində 2 nəfər saxlanıb.

654583
Səfir Andrey Karlova sui-qəsd ilə bağlı 2 nəfər saxlanılıb

Saxlanılan polis əməkdaşı Sercan Başar və iş adamı Enes Asım Silin FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.

Ankara polis Baş idarəsinin terrora qarşı mübarizə Şöbəsi əməkdaşları tərəfindən 6 nəfər saxlanmışdı. Məhkəmənin, sübhəlilərdən ikisini Sincan həbsxanasına göndərildiyi bildirilir. Məlumata əsasən, Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib. 

 

 



Әlaqәli Xәbәrlәr