“Terrorun ǝsas mǝqsǝdi xalq arasında qorxu vǝ çaxnaşma yaratmaqdır”

Baş nazir müavini Numan Kurtulmuş, ‘Dövlǝt diplomatiyası koordinatorluğunun’ təşkil etdiyi ‘terrora qarşı mübarizǝ’ mövzulu yığıncaqda önǝmli mesajlar verib.

654295
“Terrorun ǝsas mǝqsǝdi xalq arasında qorxu vǝ çaxnaşma yaratmaqdır”

 

İstanbulda gecə Klubuna hücum tǝşkil edǝn terrorçu, çox ciddi və planlı tǝdqiqat nǝticǝsindǝ tutuldu. İndi  işimiz bu quldurun arxasındakı ǝsas güclǝri vǝ ya onu belǝ bir cinayǝtǝ istiqamǝtlǝndirǝnlǝri ortaya çıxarmaqdır. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib.

Baş nazir müavini Numan Kurtulmuş, ‘Dövlǝt diplomatiyası koordinatorluğunun’ təşkil etdiyi ‘terrora qarşı mübarizǝ’ mövzulu yığıncaqda etdiyi çıxışında: “Türkiyə son iki ildir başda DEAŞ, PKK və fǝto olmaqla terror təşkilatlarına qarşı sahədə güçlü mübarizǝ edir. Həm sərhəd təhlükəsizliyini bǝrpa etmǝk həm dǝ şəhərlərdəki terror təşkilatlarının hücumlarının qarşısını almağa çalışır. Fǝrat Qalxanı ǝmǝliyyatı ilǝ dǝ, terror təşkilatlarına qarşı mübarizǝ çərçivəsində yeni bir dövr başlamışdır. Türkiyə, sərhədləri xaricindən özünə zərər verə biləcək təşkilatların kökünü kǝsǝnǝ dǝk mübarizǝyǝ davam edǝcǝk” deyǝ vurğulayıb.

PYD / YPG-nin Avropadakı bürolarının nəzarət altına alınması,hǝtta ikitərəfli ǝlaqǝlǝr nǝzǝrǝ alınaraq fǝaliyyǝtlǝrinin dayandırılması istiqamǝtindǝ atılan addımlar da terrora qarşı mübarizə çǝrçivǝsində edilǝn işlərdǝn biri olduğunu ifadǝ edǝn Baş nazir müavini Numan Kurtulmuş, Cəmiyyətin, bu təşkilatların hamısına qarşı ortaq mübarizə edilmǝsi mövzusunda hǝmfikir olduğunu, törǝdilǝn terror aktları nǝticǝsindǝ zǝnn edilǝnlǝrin ǝksinǝ Türkiyədə, fǝrqli düşüncǝylǝrǝ sahib olarların arasında ziddiyyǝt yox, inteqrasiyanın  güclǝndiyini qeyd edib.

“Media-terror” əlaqəsinə də diqqəti çəkən Kurtulmuş, terror təşkilatlarının məqsədinin xalqı qorxudmaq, çaxnaşmaya səbəb olmaq, xalqın ǝhvaliruhiyǝsini mǝhv etmǝk olduğunu, bu sǝbǝbdǝn medianın, terror hadisələrinə qarşı izlǝyǝcǝyi üslubun böyük ǝhǝmiyyǝt kǝsb etdiyini vurğulayıb.

Yığıncağa, Anadolu Agentliyi İdarə heyəti Başçısı və Baş direktor Şenol Kazancı, TRT-nin baş direktörü Şenol Göka, Dövlǝt diplomatiyası koordinatoru Ali Osman Öztürk də qatılıb.



Әlaqәli Xәbәrlәr