“Fərat Qalxanı” әmәliyyatının 146-ci günündə 18 terrorçu öldürülüb
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.
652031

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.
Әməliyyatların 146-ci günündə DEAŞ terror qruplaşmasının 18 üzvü mәhv edilib.
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәragahından verilәn mәlumatda bildirilib.
Әmәliyyat çәrçivәsindә hәmçinin DEAŞ-a aid 180 hәdәfә atәş açılıb.
Hәrbi Hava Qüvvələri Komandanlığına aid təyyarələrlə Əl Bab bölgəsində terror tәşkilatı DEAŞ-a aid 8 hәdәfә qarşı hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә 5 mina, 1 qәrargah binası vә 2 avtomobil vurulub.
Terrorçulardan tәmizlәnәn әrazilәrdә 6 әl qumbarası mәhv edilib.