Türkiyә ABŞ-ı Astanaya dəvət edәcәk

Bunu Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu deyib.

651472
Türkiyә  ABŞ-ı Astanaya dəvət edәcәk

Türkiyәnin XİN rәhbәri  Mövlud Çavuşoğlu  Qazaxıstanın paytaxtı Astanada keçirilәcәk  Suriya danışıqlarına Amerika Birləşmiş Ştatlarını dəvət edәcәklәrini  açıqlayıb.

Bunu  Xarici İşlər naziri Mövlud  Çavuşoğlu 9-cu sәfirlәr konfransının yekununda bildirib.

 ‘‘Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik” deyә Mövlud Çavuşoğlu qeyd edib.

Mövlud Çavuşoğlu  ABŞ  dövlәt departamentinin sözçüsü Mark Tonerin  "Astanaya "PYD" də dəvət edilsin" açıqlamasına da sərt reaksiya göstərərək: "ABŞ  o zaman DEAŞ-ı da dəvət etsin. Astanada YPG olmayacaq. YPG-nin  məqsədi DEAŞ-la mübarizə aparmaq deyil, Suriyanı parçalamaqdır" deyib.



Әlaqәli Xәbәrlәr