Dövlət başçısı R.T. Ərdoğan ilə Rusiya prezidenti V. Putin arasında telefon danışığı olub

Telefon danışığı zamanı dövlət başçıları rəsmi Dəməşq və müxalifət arasında razılaşmalara riayət olunduğunu bildiriblər.

650154
Dövlət başçısı R.T. Ərdoğan ilə  Rusiya prezidenti V. Putin arasında telefon danışığı olub

Dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı dövlət başçıları rəsmi Dəməşq və müxalifət arasında razılaşmalara riayət olunduğunu bildiriblər.

İki lider Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və mülayim müxalifət arasında hərbi fəaliyyətin dayandırılmasına dair əldə edilmiş razılaşmalara riayət edildiyini vurğulayıblar. Astanada Suriya üzrə danışıqların aparılmasına birgə səylərin göstərilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.

Tərəflər həmçinin ikitərəfli problemləri, o cümlədən hərtərəfli şəkildə iqtisadi-ticarət əlaqələrinin bərpası məsələlərini müzakirə edib, eləcə də yaxın gələcəkdə dövlət başçılarının rəhbərliyi ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi barədə razılığa gəliblər.

Rusiya prezidenti Putin Astanada keçirilməsi planlaşdırılan Suriya görüşlərinin hazırlıqları ilə əlaqəli Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə telefonla danışıb.

Klemlindən verilən açıqlamada Putin ilə Nazarbayev arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələr də gündəmə alınıb.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 4-də verdiyi açıqlamada atəşkəsə riayət ediləcəyi təqdirdə Astana görüşlərinin yanvarın 23-də baş tutacağını elan etmişdi.



Әlaqәli Xәbәrlәr