Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefonla görüşüb.
648570

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefonla görüşüb.
Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüş tələbi Lavrovdan gəlib.
Telefon danışığında Suriyadakı atəşkəs və regiondakı vəziyyət başda olmaqla, buradakı proseslər və Astana prosesi haqqında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Çavuşoğlu Avropa Şurasının baş katibi Thorbjorn Jagland ilə də telefonla görüşüb.
Görüşdə Türkiyə-Avropa Şurası münasibətləri və İsveçrənin Cenevrə şəhərində davam edən Kıbrıs (Kipr) müzakirələri barəsində danışılıb.