Sui-qəsdə təşəbbüsdə şübhəli bilinənlərlə Yunanıstana qaçan qiyamçılar arasında telefon danışığı

Bununla bağlı məlumatlar İstanbul Baş prokurorluğu tərəfindən onların geri qaytarılması üçün hazırlanan qovluğa əlavə edilərək, Yunanıstanda ədliyyədəki rəsmilərə göndərilib.

645084
Sui-qəsdə təşəbbüsdə şübhəli bilinənlərlə Yunanıstana qaçan qiyamçılar arasında telefon danışığı

Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-dəki çevriliş cəhdində dövlət başçısı Rəcəb Tayyib Ərdoğana istiqamətli sui-qəsdə təşəbbüsdə şübhəli bilinənlərin hərəkətlərində uğursuz olmalarından sonra Yunanıstana qaçan və geri qaytarılması tələb edilən qiyamçılarla əlaqələri olduğu aşkarlanıb.

İstanbul Cümhuriyyət Baş prokurorluğu Terror və Təşkilatlı Cinayətlər Bürosu tərəfindən tərəfindən FETÖ-nün 15 iyul çevriliş cəhdi ilə əlaqəli davam edən istintaq çərçivəsində çevrilişə cəhd zamanı helikopterlə Marmarisə gedərək dövlət başçısına sui-qəsdə təşəbbüs edən həyətə başçılıq edən polkovnik (albay) Ali Aktürk və podpolkovnik (yarbay) Davut Uçuma məxsus telefonlar ilə çevriliş cəhdində başqa yerdə vəzifədə olduqları müəyyən edilən və çevriliş cəhdinin qarşısı alındıqda Yunanıstana qaçan hərbiçi Abdullah Yetik, Əhməd Güzəl, Məsud Fırat və Fərudun Çobana məxsus telefonlar arasında qarşılıqlı danışıqlar olduğu ortaya çıxıb.

Tədqiqatda saxlanılan polkovnik Əli Aktürkün çevrilişə cəhd günü və gecəsi Abdullah Yetik ilə 3 dəfə, Əhməd Güzəl ilə 1 dəfə telefonla danışdığı, yenə digər məhkum Davut Uçumun Abdullah Yetik ilə 12 dəfə, Fədurun Çoban ilə 2 dəfə və Məsud Fırat ilə bir dəfə danışdığı müəyyən edilib.

Bununla bağlı məlumatlar İstanbul Baş prokurorluğu tərəfindən onların geri qaytarılması üçün hazırlanan qovluğa əlavə edilərək Yunanıstanda ədliyyədəki rəsmilərə göndərilib.

Qeyd edək ki, Yunanıstandakı məhkəmələrin qaçan qiyamçılarla əlaqəli bu ay ərzində qərara gələcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr