“Son söz kimi deyirik ki, ABŞ YPG-yə silah vermişdir”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-yə silah vermədiyini irəli sürən Amerika Birləşmiş Ştatlarına cavab verib.

640083

Çavuşoğlu bu barədə açıqlama verərək deyib ki, indiyidək ABŞ YPG-yə silah vermişdir. Buna nöqtə qoyuruq, bu bizim son sözümüzdür.

Özəl televiziya kanallarından birinə açıqlama verən Çavuşoğlu bildirib ki, Amerikanın içində olduğu koalisiya müəyyən bir zamandan bəri “Fərat Qalxanı” əməliyyatımıza havadan dəstək vermir. PYD və YP-yə silah dəstəyi verir, nöqtə! Onlar da çox yaxşı bilir. Biz də çox yaxşı bilirik. ABŞ, YPG-yə silah vermişdir, bunu son söz kimi deyirik!

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ liderliyindəki beynəlxalq koalisiyanın terror təşkilatı DEAŞ daxil, YPG və PYD-yə dəstək verdiklərini söyləməsindən sonra dünən ABŞ-ın Ankara səfirliyi yazılı açaqlama yaymışdı.

Açıqlamada "ABŞ hökuməti, YPG və ya PKK-ya silah və ya partlayıcı verməmişdir, nöqtə" deyə bildirilmişdi.

Әlaqәli Xәbәrlәr