Dövlət başçısı Ərdoğanın rəsmi Vaşinqtona sərt reaksiyası

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD-yə silah yardımı edən Washington rəhbərliyinə çox sərt reaksiya göstərdi.

640220
Dövlət başçısı Ərdoğanın rəsmi Vaşinqtona sərt reaksiyası

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD-yə silah yardımı edən Washington rəhbərliyinə çox sərt reaksiya göstərdi.

Ərdoğan “Terror təşkilatlarına hər cür silah yardımını edib, sonra da 'yox biz silah deyil sursat yardımı edirik' desəniz, qüsura baxmayın bunu qəbul etmerik.” deyib.

Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) mükafat mərasimində çıxış edən Ərdoğan Türkiyənin qərbli ölkələrə uzun zamandır, 'terror təşkilatları arasında ayrı-seçkilik etməmələri, bu mövzuda prinsipli, sabit davranmaları' çağırışı etdiyini xatırlatdıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib ki, buna baxmayaraq Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaq üzrə bəzi ölkələr özlərincə müxtəlif bəhanələr irəli sürüb, bölgəmizdə günahsız insanları qətl edən təşkilatlara ictimai dəstək vermə yoluna üz tuturlar. Sizlər terror təşkilatlarına durub bu bölgədə hər cür silah yardımını etsəniz, ondan sonra bunu bir bir şeylər uyduraraq 'Xeyr biz silah göndəririk, sursat göndəririk 'desəniz, qüsura baxmayın biz bunu qəbul etmərik.

Reaksiya göstərdiyi bu anlayışa sahib ölkələrə "əgər biz strateji tərəfdaşıqsa o zaman siz bizim yanımızda yer alacaqsınız" deyə səslənən Ərdoğan Türk Silahlı Qüvvələrinin Suriyadakı “Fərat Qalxanı” hərəkatına nə NATO, nə də koalisiya üzvü ölkələrin dəstək verdiyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr