R.T.Әrdoğan:‘‘Cümhurbaşkanlığı Mədəniyyət və İncəsənət Böyük Mükafatlar’’ mәrasiminә qatılıb
Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin son 14 ildә infrastrukturdan iqtisadiyyata, xarici siyasətdən səhiyyəyə qədər bir çox sahədə böyük uğurlara imza atdığını söyləyib.

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin son 14 ildә infrastrukturdan iqtisadiyyata, xarici siyasətdən səhiyyəyə qədər bir çox sahədə böyük uğurlara imza atdığını söyləyib.
Rəcəb Tayyib Ərdoğan Prezident İqamәtgahında Ədəbiyyat sahəsində Mustafa Kutlu, İctimai Elmlər sahəsində Prof. Dr. Kemal Haşim Karpat, Musiqi sahəsində Prof. Dr. Erol Parlaq, Kino sahəsində Şener Şən, Ənənəvi Sənətlər sahəsində Feridun Özgören və Vəfa Mükafatına isə Akademik Prof. Dr. Süheyl Ünverin layiq görüldüyü Cümhurbaşkanlığı Mədəniyyət və İncəsənət Böyük Mükafatlar Mərasimində iştirak edib.
2016-ci ilin Cümhurbaşkanlığı Mədəniyyət və İncəsənət Böyük Mükafatlarına layiq görülənlәri və onların tәmsilçilәrini təbrik edən Ərdoğan: "Türkiyәnin mədəniyyət, incəsənət və elm həyatına töhfə verən hər kəs bu ölkə üçün çox dәyәrlidir’’ deyib
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 165 ölüm faktı qeydə alınıb.