Ərdoğanla Putin arasında telefon danışığı oldu

Liderlər telefon görüşündə Suriya məsələsi və paytaxt Ankarada Rusiya səfiri Andrey Karlovun həyatına son qoyan sui-qəsd hadisəsi barədə danışıblar.

636894
Ərdoğanla Putin arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı oldu.
 

Türkiyə Prezident Aparatından verilən məlumata görə, telefon görüşündə Suriya məsələsi və paytaxt Ankarada  Rusiya səfiri Andrey Karlovun həyatına son qoyan sui-qəsd hadisəsi barədə danışılıb.
 
 Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində keçirilməsindən razı qaldıqlarını dilə gətirən liderlər bütün Suriya ərazisində atəşkəsin tətbiqi  məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.
 
 Prezident Ərdoğan və Rusiya prezidenti Putin Karlovun öldürülməsi ilə əlaqədar aparılan istintaqdakı əməkdaşlıqdan razı olduqlarını da dilə gətiriblər.



Әlaqәli Xәbәrlәr