Vladimir Putin:"Bu sui-qəsd Türkiyə ilə əlaqələrə zərər verməyəcək "

Rusiya prezidenti Vladimir Putin keçən il rus təyyarəsini vuranların məqsədinin Türkiyə ilə münasibətləri pozmaq olduğu fikrini qəbul etməyə başladığını söylədi.

636593
Vladimir Putin:"Bu sui-qəsd Türkiyə ilə əlaqələrə zərər verməyəcək "

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürüldüyü hücumun ölkəsinin Türkiyə ilə münasibətlərinə zərər verməyəcəyini bir daha təkrarladı.
 
 Putin illik mətbuat konfransında Türkiyə ilə bağlı əhəmiyyətli açıqlamalar verdi.
 
 Rusiyanın dövlət başçısı bazar ertəsi axşamı Karlova qarşı həyata keçirilən sui-qəsdlə Türk-Rus münasibətlərinin hədəf alındğını bildirərək:"Bu sui-qəsd Türkiyə ilə əlaqələrə zərər verməyəcək. Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün daha çox səy göstərəcəyik. Münasibətimizdə yaşanan durğunluqdan sonra daha da irəli getmək üçün ortaq bir zəmin əldə etdik. 24 noyabr 2015-ci ildə rus təyyarəsinn vurulmasından sonra bu əmri verənlərin məqsədinin Rusiya-Türkiyə münasibətlərini pozmaq olduğu istiqamətindəki açıqlamalara şübhə ilə yanaşırdım. Lakin artıq bu fikirlə razı olmağa başladım. Rus təyyarəsini vurma əmrinin arxasında Türkiyə rəhbərliyinin olduğu barədə fikrimi dəyişirəm" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr