Türkiyə və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, görüş Ayraultnun istəyinə görə baş tutub.

636148
Türkiyə və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın xarici işlər naziri Jean-Marc Ayrault ilə telefonla danışıb.

 Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, görüş Ayraultnun istəyinə görə baş tutub.

Telefon danışığında Ayrault son dövrdə Türkiyədə baş verən terror hücumları əsasında Fransa tərəfindən verilən yazılı açıqlamalardan əlavə şəxsən  zəng edərək, Türkiyə ilə həmrəylik içərisində olduqlarını ifadə etmək istədiyini söyləyib.

Çavuşoğlu da Ayraultya göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür edib. Çavuşoğlu fransalı həmkarına Suriyanın Hələb şəhərindəki atəşkəs, təxliyyə prosesi və Rusiyanın paytaxtı Moskvada keçirilən üçtərəfli Suriya konfransı haqqında məlumat verib.

Qeyd edək ki, Suriyadakı humanitar vəziyyəti və təxliyyə prosesinin müzakirə edilməsi məqsədi ilə 20 dekabrda Rusiyanın paytaxtı Moskvada Suriya konfransı reallaşdırılmışdı. Yığıncağa xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qatılmışdı.

Lavrov Türkiyə, Rusiya və İranın Suriyadakı böhrana həll yolu tapmaq üçün atılacaq addımların müəyyən edildiyi ortaq bəyannamə qəbul etdiyini açıqlamış, Türkiyə, İran və Rusiyanın sülhlə əlaqəli bəyannaməni dəstəklədiyini söyləmişdi.

Xarici işlər naziri Çavuşoğlu da yığıncaqdan sonrası verdiyi açıqlamada demişdi ki, Suriyada atəşkəsin təmin edilməsi və bunun Suriya miqyasında qüvvədə olması məsələsini müzakirə etdik. Suriyada ancaq daimi həll siyasi həll yoludur. Humanitar yardım və atəşkəsin daimi olması üçün səylərimizi davam etdiriləcəkdir.



Әlaqәli Xәbәrlәr