“Türkiyə illərdir Suriyada təhlükəsiz bölgə yaradılmasının vacibliyini dilə gətirir”, F. İşık

Milli müdafiə naziri Fikri İşık Türkiyə Böyük Millət Məclisində “Fərat Qalxanı” və Əl Bab əməliyyatı ilə əlaqəli millət vəkillərinə məlumat verib.

636001
“Türkiyə illərdir Suriyada təhlükəsiz bölgə yaradılmasının vacibliyini dilə gətirir”, F. İşık

Milli müdafiə naziri Fikri İşık Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə Türkiyənin rəhbərliyində başlanan “Fərat Qalxanı” əməliyyatında dünən şəhid olan əsgər sayının 16-ya çıxdığını söyləyib.

Türkiyə Böyük Millət Məclisində “Fərat Qalxanı” və Əl Bab əməliyyatı ilə əlaqəli millət vəkillərinə məlumat verən nazir əməliyyatın tamamilə beynəlxalq hüquqa uyğun başladıldığını bildirib.

Fikri İşık 2 min kilometrlik sahəsinin terror taşkilatı DEAŞ-dan təmizləndiyini, min 500 terrorçunun zərərsizləşdirildiyini, DEAŞ-a məxsus 4 tank, 29 top, 41-i silahlı 97 texnika, 621 bina və 61 müdafiə səngəri, 28 komandirlik mərkəzi və 17 silah-sursat anbarının məhv edildiyini, 11 bombalı maşının da zərərsizləşdirildiyini ifadə edib.

Milli müdafiə naziri Fikri İşık Türkiyənin illərdən bəridir Suriyada təhlükəsiz bölgə yaradılmasının vacibliyini dilə gətirdiyini, humanitar yardımların çatdırıla biləcəyi bir xətt təşkil edilə biləcəyini söylədiyini vurğulayıb.

Əməliyyat planının ən həssas mərhələsi olan Əl Babın təmizlənməsi mərhələsinə çatıldığını bildirən nazir deyib ki, Əl Babdan sonra növbədə Rakkanın olacağını anlayan terror təşkilatı müqavimət göstərir və ən vəhşi metodlarla mülki vətəndaşlardan qalxan kimi istifadə edir.

Eyni anda həm DEAŞ-a həm PKK/PYD/YPG və DHKP-C kimi bölgədəki bütün terror təşkilatlarının hamısına qarşı böyük mübarizə aparan yeganə ölkənin Türkiyə olduğunu söyləyib.

Bu əməliyyatla bir terror koridoru yaradılmasına icazə verilməyəcəyinin ortaya qoyulduğunu bildirən nazir onu da deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) bu prosesdə boş qalmadı və Rusiyanın Anakaradakı səfiri Andrey Karlova xain bir sui-qəsd təşkil edərək, Rusiya ilə ciddi səylərlə bərpa edilən əlaqələri və Hələbdəki mülki vətəndaşların təxliyyə edilməsini də təmin edən əməkdaşlığı pozmağın planlarını hazırladı. Türkiyə bu oyunların heç birinə gəlməyəcək və terrora əsla təslim olmayacaqdır.



Әlaqәli Xәbәrlәr