Türkiyə, Rusiya və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul etdilər

İran, Rusiya və Türkiyənin Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətinin dilə gətirildiyi bəyannamə mətnində üç ölkənin də Suriya probleminin hərbi yolla həll olunmayacağında həmfikir olduğu qeyd olunur.

634699
Türkiyə, Rusiya və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul etdilər

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu,  Rusiyanın xarici işlər naziri  Sergey Lavrov və İran xarici işlər naziri Cavad Zərifin Rusiya  Xarici İşlər Nazirliyinin qonaq evindəki üçtərəfli  görüşündən sonra mətbuat konfransı keçirildi. Konfransda Suriyadakı vəziyyətə dair qəbul olunan ortaq bəyannamə oxundu.
 
 İran, Rusiya və Türkiyənin Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətinin dilə gətirildiyi bəyannamə mətnində üç ölkənin də Suriya probleminin hərbi yolla həll olunmayacağında həmfikir olduğu qeyd olunur.
 
 Suriya probleminin həllində Birləşmiş Millətlər Təşkilatının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında ortaya qoyduğu səylərin əhəmiyyətinin vurğulandığı mətndə beynəlxalq cəmiyyətə bu görüşdə əldə olunan razılıqların qarşısındakı maneələrin qaldırılması üçün xoş məram nümayiş etdirməsi üçün çağırış edilir.
 
 Mətndə: "Türkiyə, Rusiya və İran Şərqi Hələbdən vətəndaşların və silahlı müxalifətin könüllü şəkildə təxliyyə edilməsi üçün ortaya qoyulan birgə səyləri təqdir edirlər. Nazirlər eyni zamanda, Fua, Kefreya, Zebadani və Madayadan vətəndaşların təxliyyə edilməsindən də razıdırlar və təxliyyə prosesinin davamlı və təhlükəsiz şəkildə tamamlanacağı barədə öhdəlik götürdülər" yazılır.
 
 Bəyənnamədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına də təxliyə prosesindəki yardımlarına görə təşəkkür edilir.
   
Bəyannamədə  tərəflərin BMT TŞ-nın 2254 saylı qərarı əsasında Suriyada siyasi həllin qaldığı yerdən davamı üçün lazımi şəraitin yaradılması məsələsində razılıq əldə etdikləri ifadə olunur.

 



Әlaqәli Xәbәrlәr