Rusiyadan 18 nəfərdən ibarət heyət Ankaraya gəldi

Sui-qəsdlə əlaqəli istintaq prosesində  Rusiya və Türkiyə mütəxəssisləri birgə işləyəcəklər.

634356
Rusiyadan 18 nəfərdən ibarət heyət Ankaraya gəldi

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini araşdırmaq, istintaq işləri, məhkəmə tibbi və cənazə mərasimi prosesində iştirak etmək üçün Rusiyadan 18 nəfərdən ibarət heyət Ankaraya gəlib.

Rus heyəti daşıyan təyyarədə bir prokuror, iki təhlükəsizlik attaşesi, Fövqəladə Hallar Nazirliyi rəsmiləri, məhkəmə tibbi sahəsində rəsmilər və psixoloqlar  yer alır.

Sui-qəsdlə əlaqəli istintaq prosesində  Rusiya və Türkiyə mütəxəssisləri birgə işləyəcəklər.

Səfir Karlovun cənazəsinin Baş nazirin müavini Türkeşin iştirak edəcəyi mərasimlə axşam radələrində Əsənboğa Hava Limanından Rusiyaya yola salınacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr