"Hələbə Yol Açın" karvanı Türkiyədən yola çıxdı

Hələbdəki insanlıq faciəsinə səssiz qalmayan Türkiyə qeyri-hökumət təşkilatları bölgəyə yardım aparır.

632246
"Hələbə Yol Açın" karvanı Türkiyədən yola çıxdı

Hələbdəki insanlıq faciəsinə səssiz qalmayan Türkiyə qeyri-hökumət təşkilatları bölgəyə yardım aparır.
 
 Bu çərçivədə İnsan Haqq və Azadlıqları (İHH) fondunun 380 maşından ibarət karvanı Şanlıurfa və Batmandan yola çıxdı.
 
  İnsan Haqq və Azadlıqları Humanitar  Yardım Fondunda keçirilən "Hələbə Yol Açın" kampaniyası çərçivəsində Hələbdəki mülki vətəndaşlara dəstək vermək üçün şərqi və cənub-şərqi Anadolu bölgələrində yaradılan təxminən 350 maşınlıq yardım karvanı Şanlıurfadan bölgəyə hərəkət etdi.
 
 Van, Bingöl və Diyarbəkirin da aralarında olduğu 12 vilayətdən olan insanlar Qarakörpü Gənclər Mərkəzində təşkil olunan tədbirdə İnsan Haqq və Azadlıqları Humanitar  Yardım Fondunun şərqi və cənub-şərqi Anadolu bölgə nümayəndəsi Behcet Atila tərəfindən məlumatlandırıldıqdan sonra Hataya doğru yola çıxdılar.
 
 Humanitar yardım Hələbdən qaçaraq İdlibə pənah aparan suriyalılara çatdırılacaq.
 
 



Әlaqәli Xәbәrlәr