“Suriyada problemin həlli üçün əvvəl Hələbdəki vəziyyətə nazərət edilməlidir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyada məsələnin həlli üçün ilk planda Hələbdəki vəziyyətə nəzarət edilməsinin vacib olduğunu söyləyib.

631485

Dövlət başçısı Cümhurbaşqanlığı İqamətgahında Sloveniya prezidenti Borut Pahor ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib ki, Hələbdən min 150 dinc vətəndaş və yaralı təxliyyə edilərək İdlibə gətirilib.

“Avropada irqçliyin, xarici ölkə vətəndaşlarına qarşı düşmənçiliyin artması bizim üçün ciddi narahatlıq mənbəyidir” deyə bildirən Ərdoğan qeyd edib ki, Avropa İttifaqı prosesində səmimi olduq, verdiyimiz vədləri yerinə yetirdik. Amma Avropa İttifaqı qaçqın böhranı barədə verdiyi vədləri yerinə yetirmədi.

Ərdoğan Putinlə, Almaniya kansləri Merkel və ABŞ prezidenti Obama ilə görüşlər keçirdiyini, Obama ilə İraq məsələsindən də danışdığını və Sincarla bağlı narahatlığımı çatdırdığını, Milli səfərbərliklə əlaqəli çağırışını isə milli həmrəylik üçün etdiğini söyləyib.

Әlaqәli Xәbәrlәr