Theresa May Ərdoğana başsağlığı verdi
Böyük Britaniyanın baş naziri Theresa May İstanbulda 44 insanın həlak olduğu terror aktından sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi.
629103

Böyük Britaniyanın baş naziri Theresa May İstanbulda 44 insanın həlak olduğu terror aktından sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi.
Türkiyə Prezident Aparatından verilən məlumata görə, May prezident Ərdoğan ilə telefon görüşündə Türk xalqının kədərinə şərik olduğunu qeyd edərək, mənfur hücumda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
May hücumla bağlı dərin kədər hisslərini ifadə edərək, Türkiyə prezidentinə və onun simasında bütün Türk xalqına başsağlığı verdi.