Binәli Yıldırım vә Heydər İbadi arasında telefon danışığı olub
Türkiyәnin baş naziri Binәli Yıldırım və İraq baş naziri Heydər İbadi arasında telefon danışığı olub.

Bu barәdә Baş Nazirlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, baş nazir Binәli Yıldırım görüş zamanı İraqla hәr sahәdә әlaqәlәrin inkişaf etdirilmәsinә әhәmiyyәt verdiklәrini bildirib.
Mәlumatda Yıldırım vә İbadinin terror tәşkilatları DEAŞ və PKK-nın iki ölkə üçün ortaq təhlükə yaratdığı mәsәlәsindә hәmfikir olduqları qeyd olunub.
Mәlumatda hәmçinin görüşdə baş nazir Binalı Yıldırımın Mosul və Telafer başda olmaqla DEAŞ-dan təmizlənəcək bölgәlәrdә yeni ədalətsizliklərin baş verməməsi üçün İraq hökumətinin lazımi tədbirlər gördüyünə əmin olduqlarını ifadə etdiyi bildirilib.
İraq baş naziri İbadinin dә tədbirlərin görüldüyünü təsdiq etdiyi və baş nazir Yıldırıma bölgədəki son hadisələr haqqında məlumat verdiyi qeyd olunub.
Görüşdə həmçinin iki baş nazirin Türkiyə və İraq arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün bir sıra konkret addımların atılması məsələsində razılıq әldә etdiklәri dә bildirilib.
Әlaqәli Xәbәrlәr

Mövlud Çavuşoğlu Anar Kәrimovla görüşüb
Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.