Hulusi Akar və Curtis Michael Scaparrotti arasında telefon danışığı oldu
Telefon görüşü Scaparrottinin Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul xain çevriliş cəhdi ilə bağlı açıqlamaları səbəbindən keçirildi.
627452

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Hulusi Akar Avropa Müttəfiq Qüvvələr Komandanı, ordu generalı Curtis Michael Scaparrotti ilə telefonla danışdı.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Akar Scaparrottinin FETÖ-nün xain çevriliş cəhdinə dair dekabrın 8-i və 9-da müxtəlif mətbuat orqanlarında yayılan açıqlamaları səbəbindən ona zəng edib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda
Akarın görüşdə FETÖ çevriliş cəhdi ilə bağlı həqiqətləri və məlum nöqteyi-nəzərləri bir daha Scaparrottiyə çatdırdığı qeyd olunur.
Әlaqәli Xәbәrlәr

“Onun sözləri Türkiyə-ABŞ ittifaqının mahiyyətini əks etdirir”
Sosial media hesabından etdiyi paylaşmada F.Altun bildirib...