Türkiyə Böyük Millət Məclisi (TBMM) Almaniyanı qınayıb

Millǝt vǝkili Ayşə Nur Bahçəkapılının Almaniyaya səfəri zamanı Alman polisinin geyri adi rəftarına məruz qalması kəskin dillə qınanıb

625559
Türkiyə Böyük Millət Məclisi (TBMM) Almaniyanı qınayıb
özgür özel.jpg
ahmet aydın.jpg

TBMM Ümumi iclasındakı büdcə danışıqları çǝrçivǝsindǝ açıqlama verǝn Cümuhuriyyǝt Xalq Partiyasının (CHP) qrup hǝmsǝdri Özgür Özǝl, Ayşe Nur Bahçǝkapılının Almaniyaya etdiyi sǝfǝr zamanı pasaportunun oğurlanması sǝbǝbiylǝ Alman polisinin geyri adi rəftarına məruz qaldığını və 45 dəqiqə saxlandığını xatırladaraq: “Məclisin bütün üzvləri, mǝhz sǝdarǝt Divanı nümayəndələri bütün Məclisi və Türkiyəni təmsil edir. Bu ǝsasda millǝt vǝkilimizin xaricdǝ zorakılığa mǝruz qalması vǝ bir millət vǝkilinǝ göstǝrilmǝsi lazım gǝlǝn diplomatik nǝzakǝtdǝn məhrum edilmǝsi qǝbul edilmǝzdir” deyǝ vurğulayıb.

TBMM-nin sədr müavini əhməd Aydın da, milli mǝclisin nümayǝndǝsi Ayşǝ Nur Bahçǝkapılının Almaniya hava limanında polis tǝrǝfindǝn saxlanılmasının qǝbul edilmǝz olduğunu, Almaniya polis rǝsmilǝrini rǝftarlarından ötǝri qınadıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr