R.T.Әrdoğan Almaniyaya reaksiya göstərib

Dövlət başçısı Әrdoğan Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ayşenur Bahçekapılının  Almaniyada  mәruz qaldığı rəftara  reaksiya göstәrib.

625591
R.T.Әrdoğan Almaniyaya reaksiya göstərib

Dövlət başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ayşenur Bahçekapılının  Almaniyada  mәruz qaldığı rəftara  reaksiya göstәrib.

Әrdoğan Prezident İqamәtgahında  keçirilәn 31-ci Muxtarlar (kətxuda) toplantısında  TBMM-nin sədr müavini Bahçekapılının məruz qaldığı rəftara toxunub.

 Almaniyaya etdiyi sәfәr zamanı çantası oğurlandığına görә Türkiyәnin Almaniyadakı sәfirliyindәn aldığı müvәqqәti pasporta baxmayaraq  Bahçekapılıya  hava limanında sәrhәdi keçmәsinә icazә verilmәdiyini bildirәn dövlәt başçısı: ‘‘Terrorçunu ölkәnizdә  qonaq edirsiniz. Lakin Türkiyә Böyük Millәt Mәclisinin sәdr müavinini vә ona müşayiәt edәn heyәti saatlarla gözlәdirsiniz. Belə vəziyyətlər qarşısında səsimizi ucaldanda Әrdoğan  diktator olur. İndi bunlara eynisini etmәk lazım deyilmi?" deyə qeyd edib.  



Әlaqәli Xәbәrlәr