Telefon danışığında regional məsələlər ilə ikitərəfli əlaqələr müzakirə edildi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansləri Angela Merkel arasında telefon danışığı olub.

621933
Telefon danışığında regional məsələlər ilə ikitərəfli əlaqələr müzakirə edildi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansləri Angela Merkel arasında telefon danışığı olub.

Görüşdə regional məsələlər ilə ikitərəfli əlaqələrin müzakirə edildiyi bildirilib.

Ərdoğan ilə Merkel Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edərək, şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini dilə gətiriblər.

Dövlət başçısı Ərdoğan həmçinin Kıbrıs məsələsinə toxunaraq deyib ki, Türkiyə keçmişdən bəridir adada iki tərəfin hüquqlarını qoruyan, ədalətli, daimi və əhatəli həll yolundan tərəf olduğunu dilə gətirir.

Ərdoğan qaçqınlar məsələsində isə bildirib ki, Avropa İttifaqı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Telefon danışığında Ərdoğan və Merkel terrorla mübarizə məsələsinə də toxunublar. Bu çərçivədə Ərdoğan Türkiyə olaraq Almaniyadan başda terror təşkilatı PKK və Fetullahçı Terror Təşkilatı (FETÖ) olmaqla terror təşkilatlarının fəaliyyətlərinə və maliyyə qaynaqlarına mane olunması barədə daha fəal mübarizə aparılmasını gözlədiklərini söyləyib.

Dövlət başçısı Ərdoğan Merkelə G20-nin növbətini sədrliyini təhvil aldığına görə Almaniyanı təbrik etdiyini də bildirib.



Әlaqәli Xәbәrlәr