Ömər Çelik Brüsseldə səfərdədir
Avropa İttifaqı Komissiyasının sədr müavini Frans Timmermansla bir araya gələn Ömər Çelik sonra komissiyanın humanitar yardım və köç işləri üzrə məsul üzvü Dmitris Avrampoulos və təhlükəsizlik işləri üzrə məsul üzvü Culian Kinqlə görüşüb.

Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş məsləhətçisi Ömər Çelik Brüssel səfərinin 2-ci günü Avropa İttifaqı Komissiyasında görüşlərini davam etdirir.
Avropa İttifaqı Komissiyasının sədr müavini Frans Timmermansla bir araya gələn Ömər Çelik sonra komissiyanın humanitar yardım və köç işləri üzrə məsul üzvü Dmitris Avrampoulos və təhlükəsizlik işləri üzrə məsul üzvü Culian Kinqlə görüşüb.
Ömər Çelik görüşlərdə gömrük birliyi razılaşması və sərbəst viza mövzularında Türkiyənin mövqeyini bir daha vurğulayıb, Türkiyə - Avropa İttifaqı münasibətlərinin təkcə təhlükəsizlik və immiqrant böhranı problemlərinə endirməməyi məsləhət görüb.
Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının sədr müavini Frans Timmermans yaxın günlərdə Ankaraya rəsmi səfərə gələcək.
Әlaqәli Xәbәrlәr

"Fərat qalxanı" əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib
Suriyanın Azez bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan yeddi terrorçu zərərsizləşdirilib.