Türkiyə Çin ilə əməkdaşlığa böyük əhəmiyyət verir
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Çin Xalq Respublikasının xarici işlər naziri Wang Yi ilə görüşündə söylədi.


Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyənin Çin ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söylədi.
Yıldırım Türkiyə-Çin Xarici İşlər Nazirləri Məsləhətləşmələr Mexanizminin ilk toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edən Çin Xalq Respublikasının xarici işlər naziri Wang Yini qəbul etdi.
Baş nazir görüşdə hər iki tərəfin yaxın siyasi dialoqla yanaşı iqtisadiyyat, ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Çin Xalq Respublikasının xarici işlər naziri Wang Yi gözləntilərininTürkiyə ilə ölkəsi arasındakı əməkdaşlığın ümumi maraqlar çərçivəsində daha yüksək bir səviyyəyə çatması olduğunu qeyd etdi.
Wang ikitərəfli və regional məsələlərdə əməkdaşlığı artırmaqdan böyük məmnuniyyət hiss etdiyini ifadə etdi.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 165 ölüm faktı qeydə alınıb.