Joseph Dunford dünən rəsmi səfərlə Türkiyəyə gəldi

Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Joseph Dunford dünən  rəsmi səfərlə Ankarada oldu.

604898
Joseph Dunford dünən rəsmi səfərlə Türkiyəyə gəldi

Amerika Birləşmiş Ştatlarının Silahlı QüvvələrininBaş Qərargah rəisi ordu generalı Joseph Dunford dünən  rəsmi səfərlə Türkiyəyə gəldi.

 ABŞ tərəfinin tələbi ilə həyata keçirilən səfər çərçivəsində Dunford Türkiyə Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Baş Qərargahda görüşdü.

Görüşdən sonra yazılı açıqlama verildi.
 
 Açıqlamada Suriya və İraqın ərazi bütövlüyünün qorunması və terrorizmlə mübarizənin birgə aparılmasının vacibliyinə bir daha diqqət yetirildiyi qeyd edilir.
 
 Görüşdə Ordu Generalı Akar  Suriyanın şimalının terrorçulardan təmizlənməsi üçün 24 avqustda Türkiyənin rəhbərliyi ilə başlanılan "Fərat Qalxanı" əməliyyatına koalisiya tərəfindən hava dəstəyinin verilməsinin vacibliyini vurğuladı.
 
  Akar qaçqın vəziyyətinə düşən suriyalıların Cerablus və digər yaşayış məntəqələrinə geri dönüşünün regionda sabitliyin təmin olunmasına kömək etdiyini də dilə gətirildi.
 
 Görüşdə Münbiçtdən PYD/YPG terror təşkilatının çıxarılması, Rakkadakı son vəziyyət, İraqın Mosul şəhərini terror təşkilatı DEAŞ-dan təmizləmək için oktyabrın 17-də İraq ordusunun başladığı, Amerika Birləşmiş Ştatlarının başçılığı ilə koalisiya qüvvələrinin dəstəklədiyi Mosul Hərəkatı, PYD/YPG terror təşkilatının Suriya və İraqdakı fəaliyyəti və regiondakı məzhəb qarşıdurması riski məsələləri ilə bağlı qarşılıqlı məlumat və fikir mübadiləsi aparıldı.
 
 Əl-Bab və Rakka başda olmaqla, Suriya və İraqda terror təşkilatı DEAŞ-a qarşı birgə mübarizə yolları da müzakirə olunan məsələlər arasında idi.
 
 Ordu generalı Akar  Türkiyənin İraqın Telafer və Sincar bölgələrindəki həssaslıqlarını və FETÖ terror təşkilatının ABŞ-da davam edən fəaliyyəti haqqındakı narahatlığını bir daha ifadə etdi.



Әlaqәli Xәbәrlәr