Rus pilotunun arvadı Çavuşoğlu ilə görüşəcək

Türkiyənin hava məkanını pozan rus qırıcısının ölən pilotunun həyat yoldaşı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu dedi.

603636
Rus pilotunun arvadı Çavuşoğlu ilə görüşəcək

Noyabrın 24-də Türkiyənin hava məkanını pozan rus qırıcısının silah tətbiqetmə qaydaları əsasında vurulması nəticəsində həyatını itirən  pilotun həyat yoldaşı Yelena Peşkova Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu dedi.
 
 Peşkova Rusiya dövlət televiziya kanalı "Rossiya-24"-ə verdiyi müsahibədə: "Görüşdə iştirak etmək üçün Moskvaya gedəcəyik" dedi.
 
 Qeyd edək ki,Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu da, dünən eyni kanala verdiyi müsahibədə həlak olan pilotun həyat yoldaşı ilə görüşə biləcəyini söyləyib.
 
 Mövlud Çavuşoğlu müsahibəsində: "Biz ölən pilotun ailəsinə bəzi jestlər etmək istədik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın bu məsələ ilə əlaqədar hər şeyi etdiyini, bu səbəbdən heç bir şeyə ehtiyac olmadığını dedi. Mən həyat yoldaşımla bərabər pilotun arvadı ilə görüşə biləcəyimi söylədim. Kədərimizi bir daha ifadə etmək istəyirəm " deyib.



Әlaqәli Xәbәrlәr